Yüklənir ...

AMAL səfirləri

AMAL NƏDİR?

Layihənin əsas missiyası gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq və məşğulluq imkanlarını artırmaq, gələcəyin savadlı fermerini yetişdirmək və gənc təsərrüfat sahibkarlarını  innovativ metodların istifadəsinə cəlb etməkdir.

 

AMAL ŞƏBƏKƏSİ

"Aqrar Məşğulluğun Artırılması Layihəsi" Azərbaycanda müasir kənd təsərrüfatı yaratmaq istəyən təşəbbüskar, aktiv və həvəsli gəncləri səfir qismində töhfə verməyə çağırır. Ölkə üzrə bütün regionlardan seçiləcək səfirlər layihə çərçivəsində yaradılması nəzərdə tutulan AMAL Şəbəkəsinin əsas fəallarına çevriləcəklər.

 

AMAL ŞƏBƏKƏSİNİN HƏDƏFİ

Bir şəbəkənin uğurlu inkişafı üçün ən vacib aspekt qarşılıqlı ünsiyyətdir. AMAL Şəbəkəsi də aqrar sahəyə marağı olan gənclərin bilik və informasiya mübadiləsini təmin etmək üçün yaradılmış platformadır. Nəticə olaraq, hədəfimiz bütün təklif, ideya və biliklərin öz ünvanına çatıb milli səviyyədə dialoqa çevrilməsidir. Gənclərin AMAL-ın təklif etdiyi imkanlardan səmərəli istifadəsi və layihədə aktiv iştirakı aqrar sahədə gələcək liderlərin formalaşdırılması prosesində böyük addımdır.

 

AMAL SƏFİRİNİN FƏALİYYƏTİ

Səfir regionlarda AMAL şəbəkəsini təbliğ edərək, gənclərin aqrar sahəyə maraqlarını artırmaq və kənd təsərrüfatı ilə bağlı ictimai tədbirlərə cəlb etmək kimi vəzifələr daşıyacaqdır. Müvəffəqiyyətli namizədlər həm onlayn, həm də canlı dialoqa əsaslanan fəaliyyətlərlə məşğul olacaq, öz şəhər və regionlarının gənclərini ölkə daxilində təmsil edəcəkdir. Könüllü əsasda fəaliyyət göstərən AMAL Səfirləri üçün əsas iş istiqamətləri:

  • gənclər arasında birlik yaratmaq;
  • gəncləri təcrübə mübadiləsinə sövq etmək;
  • regionlarda yaşayan gəncləri öz maraq dairəsi ətrafında müzakirəyə cəlb etmək;
  • AMAL Şəbəkəsini müvafiq DAİM-də (Dövlət Aqrar İnkişaf Mərkəzi) təmsil etmək;
  • gənclərin üzləşdiyi çətinlikləri aradan qaldırmağa dəstək göstərmək.

 

SEÇİM QAYDALARI

AMAL ŞƏBƏKƏSİNİN SƏFİRİ layihənin idarə heyəti tərəfindən aşağıdaki meyarlara əsasən təyin olunacaqdır:

  • Azərbaycan Respublikası vətəndaşlığı
  • yaş həddi 18-35 arası
  • yüksək liderlik və kommunikasiya bacarıqları
  • komandada işləmək həvəsi
  • təşəbbüskar və yenilikçi olması
  • onlayn rejimdə işləmək təcrübəsi

 

Xahiş edirik, aşağıdaki müraciət formasını doldurun. Seçim prosesində motivasiya məktubu xüsusi nəzərə alınacaq.

 

Son müraciət tarixi 15 avqust 2019-cu il saat 23:59-dur!




ƏRİZƏ FORMASI

ŞƏXSİ MƏLUMATLAR

AMAL Səfiri ol!